Ölkə brendi 49,79 dollara təklif olunur
"Azeri Light" markalı xam neftin 1 barelinin qiyməti 1,46 dollar və yaxud 2,85% azalıb.
İstiPress xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 49,79 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri Light" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.