azia.az
azia.az

Neftin qiyməti yenə ucuzlaşdı

30-03-2016, 12:56

Neftin qiyməti yenə ucuzlaşdı Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb.
Gün ərzində "Brent" markalı neftin qiyməti 39,54 dollara düşüb, səhər seanslarında isə qiymət 40 dollara kimi qalxıb. Qərbi Texas neftinin qiymətində də ucuzlaşma var. Gün ərzində keçirilən hərraclarda WTI neftinin qiyməti 38 dollara kimi düşüb. WTI neftinin bir bareli indi 38,55 dollardan satılır ki, bu da dünənki qiymətlərdən 50 sent ucuzdur.
Ekspertlər qiymətlərin hələ aprelin 17-dək 39-41 dollar ətrafında stabilləşəcəyini qeyd edirlər. İranın Dohada keçiriləcək OPEK ölkələri və kartelə üzv olmayan neft dövlətlərinin toplantısına qatılacağı xəbəri belə qiymətlərin qalxmasına təsir göstərməyib. Rusiya mənbələri İranın toplantıya qatılacağını, lakin hasilatı dondurmaq barədə qərara qoşulmayacağını bildirirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi