azia.az
azia.az

Şimali Koreyadakı Gərginliyə Rusiyadan Cavab: Müharibəyə Hazırıq!

15-05-2017, 18:01

Şimali Koreyadakı Gərginliyə Rusiyadan Cavab: Müharibəyə Hazırıq!


Şimali Koreyadakı Gərginliyə Rusiyadan Cavab gecikmədi: O Bölgədə Müharibəyə Hazırıq!
azia.az xəbər verir ki, ABŞ ilə müharibənin astanasına gələn Şimali Koreyaya qarşı Rusiyanın da səssiz-səmirsiz hazırlıq gördüyü ortaya çıxdı. Rusiya, nüvə müharibəsinə qarşı, regionda raket əleyhinə müdafiə sistemlərinin döyüşə hazır vəziyyətə gətirildiyini açıqlayıb.
Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədri Viktor Ozerov, Uzaq Şərqdəki raket əleyhinə müdafiə sistemlərinin Şimali Koreyanın raket atışları ilə savaşa hazır halda olduqlarını, Rusiyanın bu atəşlərin hədəfi olmadığını ancaq özünü hər cür hadisədən qoruması lazım olduğunu bildirdi.
Ozerov Rus xəbər agentliyi Ria Novosti-yə verdiyi açıqlamada,"Rusiyanın raket atışlarının hədəfi olmadığının fərqindəyik. Amma, özümüzü hər cür mənfi hadisədən qorumaq üçün Uzaq Şərqdəki raket əleyhinə müdafiə sistemlərimizi yüksək səviyyəli müharibəyə hazırlıq halına gətiririk" -dedi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi