MEK-də 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar sərgi təşkil olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar virtual və ənənəvi sərgini təqdim edir.
Sərgiyə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi vahid siyasi və iqtisadi strategiyanın uğurları, xalqımızın tarixinə həsr etdiyi əsərləri, çıxışları, fərmanlar və digər sənədlər haqqında Azərbaycan və xarici dillərdə materiallar daxildir. Kitablarda dahi lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salınır, siyasi fəaliyyəti geniş aspektlərdən təhlil olunur.
Onların arasında Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” (2002), Abutalıb Səmədovun “Azərbaycanın qurtuluş tarixi” (2004) və “Həqiqət-necə varsa. Azərbaycan-1993” (2007) çoxcildlikləri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə” (2013), Leyla Hüseynovanın “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri” (2011), Fəxrəddin Ağamirzəyevin “Dönüşdən qurtuluşa” (2012), Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” (2007) çoxcildliyi, “Heydər Əliyev. Ömür və zəmanə 1923-2003” (2006), “Haydar Aliyev ve Azerbaycan` da Yeni Devlet Kuruculuğu (1993-2003)” (2008) kitabları öz əhəmiyyəti ilə seçilir.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]