azia.az
azia.az

Milli Qurtuluş Günü Heydər Əliyev əzəmətinin təntənəsidir

15-06-2019, 09:24

Milli Qurtuluş Günü Heydər Əliyev əzəmətinin təntənəsidir
"15 İyun - Milli Qurtuluş Günü" ilə əlaqədar Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər həyata keçirilir. 13 iyun 2019-cu il tarixində "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında keçirilən tədbirdə giriş sözü ilə tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov qeyd etdi ki, Milli Qurtuluş Günü Heydər Əliyev əzəmətinin təntənəsidir. "Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları, ölkədə xərc-mərcliyin yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb olmuşdur. AXC-Müsafat hakimiyyətinin cinayətkar səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Respublikanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirmişdi. Ölkədə səriştəsiz idarəetmə nəticəsində bütün sahələri böhran bürümüşdür. Belə bir vaxtda dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın xilaskarı missiyasını yerinə yetirdi".
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, bu gün ulu öndərin memarı və qurucusu olduğu Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir: "Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artıb. Azərbaycanın qütblər arasında tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirib. Azərbaycanın sürətli inkişaf dövrü məhz Milli Qurtuluş Günü ilə başlayıb. Ulu öndər Heydər Əliyev ideyaları yaşayır dedikdə, bu gün Azərbaycanın inkişaf perspektivlərini, rifahını, əmin-amanlığı, sabitliyi, təhlükəsizliyi və eyni zamanda Azərbaycanın xoşbəxt gələcəyini başa düşürük".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi