azia.az
azia.az

"Əgər G20 zirvəsinin bir qalibi varsa, O, Ərdoğandır" QƏRB MƏTBUATI

3-11-2021, 08:08

"Əgər G20 zirvəsinin bir qalibi varsa, O, Ərdoğandır" QƏRB MƏTBUATI
İtaliya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı G20 zirvəsinin qalibi adlandırıb.

Musavat.com xəbər verir ki, Romada keçirilən G20 liderlərinin zirvəsindən yazan İtaliyanın böyük tirajlı "Corriere della Sera" qəzeti sammitdə iştirak edən liderlərin rolunu qiymətləndirib.

Qəzetdə Ərdoğanın "Bütün mühüm dosyaların əsas aranan ismi" olduğu fikiri yer alıb: "Sammit boyunca Ərdoğan bütün liderlərin görüşmək isədiyi əsas şəxs idi. Ev sahibi ilə birlikdə Ərdoğan da G20 zirvəsinin diqqət mərkəzindəki lider, bütün əsas dosyaların qaçılmaz müzakirəçisi oldu".

"La Verita" qəzeti yazıb: "Əgər bu G20 zirvəsinin bir qalibi varsa, böyük ehtimalla O, Rəcəb Tayyib Ərdoğandır. Romada keçirilən sammitdə Ərdoğan 3 amildən yararlandı: Baydenin həm ABŞ, həm də beynəlxalq ölkələrdəki siyasi zəifliyi, Çin-Rusiya birliyinin zirvəyə qatılmamasının Ərdoğana manevr imkanı yaratması, Bəzi kritik məqamlarda mərkəzi rolunu önə çıxarması".

"Affariitaliani" xəbər saytı isə yazıb: "G20 zirvəsi Ərdoğan üçün uğurlu keçdi. O, həqiqi qalibdir!"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi