azia.az
azia.az

TƏCİLİ! Rus sülhməramlıları Qarabağda zirehli maşınlarla hərəkətə keçdi – SƏBƏB

5-10-2021, 13:13

TƏCİLİ! Rus sülhməramlıları Qarabağda zirehli maşınlarla hərəkətə keçdi – SƏBƏB
Rusiya sülhməramlı kontingentinin mobil patrul qrupları zirehli maşınlarla Qarabağda tərəflərin demarkasiyası xətti boyunca mövcud vəziyyətin monitorinqini həyata keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Patrul zamanı atəşkəs rejiminə riayət olunmasına nəzarət edilir, təmas xəttində hər iki tərəfdən təxribatçı hərəkətlərin qarşısı alınır.

“Rus sülhməramlıları Ağdərə, Xocavənd, Əsgəran, Şuşa bölgələrində və Laçın dəhlizində müxtəlif marşrutlarda gündəlik patrul xidməti həyata keçirirlər. Həmçinin havadan müşahidə aparılır və yerli sakinlərlə söhbət edilir”, - deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Aleksandr Mişşenko bildirib.

“27 müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, deyə o, qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi