azia.az
azia.az

Qarabağda DÖYÜŞ HAZIRLIĞI BAŞLADI - SON DƏQİQƏ AÇIQLAMASI

18-08-2021, 15:29


Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingenti bölgədə döyüş hazırlığı təlimlərinə başlayıblar.
Qarabağda DÖYÜŞ HAZIRLIĞI BAŞLADI - SON DƏQİQƏ AÇIQLAMASI
Bu barədə Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin bugünkü məlumatında bildirilib. Rusiya sülhməramlı kontingentinin hərbçiləri təlimlər zamanı Qarabağdakı müşahidə məntəqələrində təhlükəsizlik tapşırıqlarını yerinə yetiriblər. Bu təlimlərə müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq kimi vəzifələr də daxil edilib.
Rusiya sülhməramlı kontingentinin hərbçisi İvan Zolotarev təlimlər barədə danışarkən "biz hardayıqsa, orda sülh var!" deyə qürrələnib.

Bildirib ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulmuş xüsusi istehkamlarla təchiz edilib.

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan döv başçılarının 10 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Qarabağa 1960 hərbi qulluqçu, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika daxil olmaqla Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi