azia.az
azia.az

“Qaz pulu” borcu olanlara xəbərdarlıq - SMS gələcək

27-01-2021, 12:12

“Qaz pulu” borcu olanlara xəbərdarlıq - SMS gələcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.

“Azia.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib. Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə "mavi yanacaq" verilişi avtomatik dayandırılacaq.

"Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 ay ərzində istifadə etdiyi qazın pulunu ödəməyən abunəçiyə qaz verilməsi dayandırılacaq. 30 gün müddətində qazı kəsmək səlahiyyətimiz yoxdur", - o qeyd edib.

R.Əliyev onu da əlavə edib ki, SMS-lərin göndərilməsinə yaxın 1 ayda başlanılacaq. İlkin olaraq 700 min abunəçiyə bildiriş gedəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi