azia.az
azia.az

"İşsizlikdən havalanmışam, maşınımı da satdım"

8-12-2020, 12:11

"İşsizlikdən havalanmışam, maşınımı da satdım"

"Havalanıram, işsizlikdən birtəhər olmuşam. İnsan bir il işsiz otura bilər?".

Azia.Az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Xəbər-ətər" proqramında deyib. Pandemiya ərəfəsində toyların olmadığından işsiz qalan sənətçi əşyalarını satmağa başladığını etiraf edib:

"İndiyə kimi aldıqlarımı satıram. Maşınımı satıb yeyirəm. Nə edim? Heç kimin cibində pul yoxdur. Mən də başlayacam başqa işdə çalışmağa.

Bilirsiz, pandemiyada müğənnilər niyə ilk çökdü? Çünki ev, maşın kreditdir. Hamısı da bahalısını alır. Şəxsən mənim də evim kreditədir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi