Dünya bazarında neftin ucuzlaşması və manatın devalvasiyası Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə problemlər yaradıb. İqtisadçılar yaxın gələcəkdə daha ciddi çətinliklərin olacağını ehtimal edirlər. Hökumət təşkilatlarında və özəl qurumlarda ixtisarlar başlanıb və bu prosesi hər ay daha sürətlə davam edir. İşsizlərin sayı artıb, işdən çıxanların sayının işə qəbul edilənlərin sayını xeyli üstələməsi, iş yerlərinin, işsizlik müddətinin miqyasının yüksəlməsi ciddi sosial-iqtisadi problemə çevrilib.
1965-ci il təvəllüdlü Cəlilabad şəhər sakini Şahverdiyev İlham Məhərrəm oğlu işsizlik problemindən əziyyət çəkən vətəndaşlardan biridir. O, uzun müddətdir ki, iş axtarışındadır. Aidiyyatlı qurumlara müraciət etsə də, onu bu günə kimi işlət təmin edən olmayıb. Bu barədə “Bizim Yol”a onun həyat yoldaşı Şahverderdiyeva Qızılgül Qulam qızı bildirib.
“Həyat yoldaşımın işsizliyi səbəbindən maddi çətinliklərimiz yaranıb. Özüm də ürək xəstəliyindən əziyyət çəkirəm. Yoldaşımın işsizliyi ilə əlaqədar olaraq dərman ala bilmirik. Üç qız övladımız var, onların biri məktəblidir. Maddi çətinliklərimiz onların keyfiyyətli təhsil almasına da mənfi təsir göstərib”,-deyə Q.Şahverdiyeva bildirib.
Ramid İbrahimov
bizimyol.info