azia.az
azia.az

Bu şəxslərə də işsizlikdən sığorta ödənişi veriləcək - YENİLİK

10-08-2020, 15:29

Bu şəxslərə də işsizlikdən sığorta ödənişi veriləcək - YENİLİK

Avqustun 7-də Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” Qanuna dəyişiklikləri təsdiq edilib.

Belə ki, yeni dəyişikliklərə görə, yalnız iş yeri ixtisar olunanlar deyil, həmçinin əmək müqaviləsi müddəti başa çatanlar və eləcə də çalışdığı qurum və ya hüquqi şəxs ləğv olunanlar da işsizlikdən sığorta haqqı ala biləcəklər. Bunu “Azia.Az”a açıqlamasında Millət vəkili Vüqar Bayramov deyib.

O qeyd edib ki, parlamentin plenar iclasında öz ərizəsi ilə işdən çıxanlara sığorta haqqlarının verilməsi mexanizminin hazırlanmasını təklif edib: “Bəzi hallarda iş yeri ixtisar edilmir, sadəcə sahibkar fərqli səbəblərdən işçini işdən azad edir. Əksər hallarda da işçiyə təklif olunur ki, öz ərizəsi ilə işdən ayrılsın. İşçi də əmək tarixçəsinin pisləşməməsi üçün ərizə yazıb işdən ayrılmaq məcburiyətində qalır”.

V. Bayramov bildirib ki, bu halda həmin şəxsin sığorta haqqları ödəməsinə baxmayaraq işsizlikdən sığorta haqqı almaq hüququnu itirir: “Təklifim həmin şəxslərə də sığorta haqqının verilməsinin təmin olunması üçün yeni mexanizminin hazırlanması və qanunvericilikdə bunun nəzərə alınması oldu”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi