"Evimdə televizorum var, amma bir neçə ildir işlətmirik"
“Mən Xəzər TV-də keçmiş rəhbərliyin dəvətilə bir dəfə yığışıb Bədii Şuranın üzvü təyin edilmişdik və ondan sonra bizi nə çağıran, nə də danışdıran olub”
Bunu Azia.az-a açıqlamasında kinorejissor, Xəzər TV-də Bədii Şuranın üzvü Ayaz Salayev deyib. O, ümumiyyətlə, yerli telekanallara baxmadığını bildirib:
“Xəzər TV-də aparılan islahatları mən də saytlarda oxumuşam. Ümumiyyətlə, televiziyanı izləmirəm, mən hara, bu kanallar hara. Xəzər TV-də keçmiş rəhbərliyin dəvətilə bir dəfə yığışıb Bədii Şuranın üzvü təyin edilmişdik və ondan sonra bizi nə çağıran, nə də danışdıran olub. Yeni rəhbərlik bizi heç bir dəfə də olsun çağırıb görüşməyib. O şura yəqin heç mövcud da deyil və maddi tərəfi də yoxdur. Evimdə televizorum var, amma bir neçə ildir işlətmirik, ölü bir kimi şeydir asılıb divardan. Kompüter, internet var. Asudə vaxtlarımda ya kitab oxuyaram, ya da “YouTube” kanalında sənədli verilişlərə baxaram. Bizim telekanallarda nə itirmişəm ki, nəyə baxa bilərəm?”.