Ermənistanın keçmiş baş nazirinə Rusiyada vəzifə veriləcək
Ermənistanın keçmiş baş naziri Karen Karapetyan yaxın zamanda Rusiyanın “Zarubejneft” dövlət şirkətinin Direktorlar Şurasına daxil ediləcək.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, o, müstəqil direktor yerini tutacaq. Hazırda bu vəzifəni maliyyəçi Rayr Simonyan tutur.
Qeyd edək ki, K.Karapetyan 2016-cı ilin sentyabrında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan tərəfindən baş nazir təyin edilib. 2018-ci ilin may-aprelində Nikol Paşinyanın rəhbərliyi altında keçirilən etiraz aksiyalarında sonra hökumətdə tutduğu postdan istefa verib. Cair ilin iyununda isə Respublikaçılar Partiyası üzvlüyündən çıxdığını bildirib. Rusiya sənayesinin iri neft şirkətləri ilə müqayisədə “Zarubejneft” elə böyük müəssisə deyil. Onun aktivləri, əsasən, Vyetnama qoyulub. Direktorlar Şurasına ənənəvi olaraq keçmiş yüsək vəzifəli dövlət məmurları daxildir. Şuranın 6 üzvü var. Bu il Rusiyanın keçmiş nəqliyyat naziri Maksim Sokolov Direktorlar Şurasının üzvü olub.