azia.az
azia.az

Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibi formalaşıb

1-02-2019, 12:25

Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibi formalaşıb
Azia.az xəbər verir ki,“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, yanvarın 28-də Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə keçirilən seçkilərin nəticəsi açıqlanıb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Aşağıda adları qeyd olunan şəxslər İctimai Şuraya üzv seçiliblər:

1. Qorxmaz Ağayev -“Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi;

2. Tariyel Eyvazov - “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi;

3. Ziba Nəbiyeva - “İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyi;

4. Rüstəm Salayev - “Psixo-Sosial yardım” İctimai Birliyi;

5. Yeganə Sultanova - “Azərbaycan Diabet Liqası” İctimai Birliyi.

Səhiyyə Nazirliyi yanında İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi