azia.az
azia.az

“Reklamı ölən silikonlu gözəlçələr, Azərbaycanın adını batırmayın - Vüsalə əsəbləşdi

21-07-2020, 15:45

“Reklamı ölən silikonlu gözəlçələr, Azərbaycanın adını batırmayın - Vüsalə əsəbləşdi

"Son yaşadıqlarımız çox çətin, ağır, təsirlidir. Neçə gündür ölkənin bu durumundan sui-istifadə edib, özünü reklam edənlər isə artıq ürək bulandırır. Siz Allah bəsdirin, nifrət doğuran hərəkətlərinizi heç olmasa bu günlərdə ört-basdır edin ki, düşmən bizə baxıb gülməsin”.

Azia.Az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb. O, bəzi tanınmışları tənqid edib:

“Hər yerin pisi də, yaxşısı da var, meşə çaqqalsız olmaz. Amma vətəni qorumaq kimi şərəfli peşə kişilərin işidir. Özünü qoruya bilməyənlər Vətəni qorumağa gedir. Yəni bu xalq o qədər aciz qaldı ki, sizə ümuid oldu?

Paylaşımı zəifləyib, reklamı ölən silikonlu gözəlçələr, "Kalaşnikov"un şəklini belə görməyən gədələr, "hərbi xidmətə yararsız" kağızı almaq üçün min hoqqadan çıxanlar... Hərbi komissarlığın önündə şəkil çəkdirib, özünüzə oxşayan yalançı xəbər səhifələrini işlədən üzdəniraq "bacişka"larınıza "Qəhrəman" başlıqlarla xəbər yazdırıb, Azərbaycanın adını batırmayın.

Bu millət, bu vətən uğrunda igid oğullar itirib, onların qanı ilə yoğrulan torpağı cılızlaşdırmayın. Müharibə olsun demək dildə asandır, səngərdə olub güllə səsi eşitsəniz, dizləriniz çat verər. Bu vətənə qeyrətli oğullarımız yetərlidir. Abrınız-həyanız olsun, şəhid ailələrinə hörmət edin. Analardan, bacılardan, gəlinlərdən, uşaqlardan utanın. Yığışdırın bu rəzilliyi".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi