azia.az
azia.az

“Atama baxıb dövləti, vətəni, milləti sevməyi öyrənmişəm” –Şəhid oğlu

4-08-2020, 10:42


Azərbaycanın ərazi bütövlüyü uğrunda xalqımızın qəhrəman övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Cəbrayıl rayonunda doğulub boya-başa çatmış Əhməd Teymur oğlu Məmmədov da belə qəhrəmanlarımızdandır.
“Atama baxıb dövləti, vətəni, milləti sevməyi öyrənmişəm” –Şəhid oğlu
O, 1994-cü ilin bu günündə (11 aprel) Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Şəhidin övladı, tanınmış jurnalist Zaur Əhməd atası ilə bağlı xatirələrini bölüşüb.

Deyib ki, atası Ağdam rayonunun Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub:

"Özü Sumqayıt batalyonunda xidmət edirdi. Ordu sıralarına könüllü yazılmışdı. Cəbrayıl rayonu işğalı olunduqdan sonra bizim qohumlar, babam, nənəm Sumqayıta – yataqxanadakı evimizə gəldilər. Babamın, nənəmin xəstə olmağına baxmayaraq, atam fikirləşmədən ön cəbhəyə getdi. Aprel ayının 11-də gedən döyüşlərdə şəhid oldu”.

Zaurun həmin vaxt 10 yaşı olub. Dediyinə görə atasıgilin döyüşü o zaman ölkədə böyük rezonans doğurubmuş: "Hətta mərhum prezident Heydər Əliyev hadisə ilə bağlı televiziyada çıxış edib, şəhid ailələrinə başsağlığı verib”.

Atası ilə bağlı xatirələrinə gəlincə, Zaur deyir ki, atam ünsiyyət baxımından çox mühafizəkar olub:

"Elə də ünsiyyətimiz olmayıb, həmişə arada pərdə saxlayıb. Mən öz qohumlarımız arasında onun kimi adam tanımırdım. İstər vətənə, istər insanlara fərqli yanaşması var idi.

Axrıncı dəfə hərbi hissəyə gedəndə evdə maddi vəziyyət çox ağır idi. Deyirdi ki, cəbhə bölgəsində elə yoldaşlar var, ümumiyyətlə, evlərinə gəlmir. Camaat orda qanından-canından keçir, bəziləri burda qarnın güdür…

Dedi, mən iki günlük gəlmişəm, qayıtmalıyam. Onları tək qoya bilmərəm”.

Şəhid övladının sözlərinə görə,atası ailəcanlı olsa da, müharibə başlayandan sonra ailəsi, valideyinləri onun üçün ikinci olub, vətən önə keçib:

"Müharibə başlayandan fikri o idi ki, mən qala bilmərəm. Son döyüşdən onun çıxmaq, sağ qalmaq imkanları olduğu halda? döyüş yolaşlarını meydanda tək qoymayıb. Bunları döyüş yoldaşları danışıb. Mən də atama baxıb dövləti, vətəni, milləti sevməyi öyrənmişəm”.

Ailədə 3 uşaq olduqlarını deyzn Zaurun iki bacısı var. Bu gün cəbhədə şəhid olan mayorun, polkovnik-leytenantın həyat yoldaşlarının müsahiblərini oxuduğunu bildirən Z.Əhməd "Bu hissi yaşamayan dərk edə bilməz. Çox qəribə hissdir. Mən arzu edirəm ki, kimsə hansısa əzizini vaxtsız itirəndə qoy elə onu vətən yolunda itirsin”,-deyir.

Zaur jurnalist olsa da, müharibədən kənarda qalmaq fikrində deyil: "Hərbi əməliyyatlar başlayan anda ehtiyatda olan əsgər kimi orduya getməyə hazıram. Bunu müsahibə xatirinə, boğazdan yuxarı demirəm. Ən azından atamın ruhu qarşısında o borcu verməliyəm”.

Son günlər cəbhədəki döyüşlərdə itkilər verdik, şəhidlərimiz oldu. Zaur həmin şəhidlərin övladlarına, ailələrinə səbr diləyir: "Mən onların müsahiblərini, açıqlamalarını görəndən sonra, onların "Vətən sağ olsun!”- sözünü necə mərdliklə, qürurla dediklərinin şahidi oldum. İçində bu cür vətən, yurd sevgisi olan insanlara məsləhət vermək də yersiz olardı.

Bu gün atamın şəhid olmasından 22 il keçir. Sumqayıtda kimyaçılar məhləsindəki abidəni ziyarət etdik. Şəhidlər Xiyabanını ziyərət elədim. Xiyabanda olarkən son günlər şəhid olan əsgərlərimizin qəbrlərini də ziyarət etdim. Bura çoxlu sayda insanlar gəlir. Bu, çox müsbət haldır. Bu ziyarətə, bu sevgiyə görə bu vətənin uğrunda ölməyə də, öldürməyə də dəyər. Hesab edirəm ki, ağrılı da olsa, Şəhid övladı olmaq şərəflidir”(Mia.az).11 Aprel 2016 - 20:05


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi