azia.az
azia.az

Bir ailənin koronavirus faciəsi: Yeddi uşaq anasız qaldı

23-06-2020, 10:44

Bir ailənin koronavirus faciəsi: Yeddi uşaq anasız qaldı

Azia.Az xəbər verir ki,Koronavirus bir ailədə yeddi uşağı anasından məhrum edib.

Belə ki,dəhşətli hadisə Rusiyanın Mordoviya Respublikasında yaşanıb.

Koronavirus bu ailəyə 20 gün əvvəl gəlib. Lakin vəziyyətin ciddiliyi ilk andan bəlli olub. Əvvəl ata və ana yatağa düşüb, sonra onların üç böyük qızı. Xəstəxanaya ilk olaraq ortancıl qız – Leyla yerləşdirilib.
Bundan sonra Gözəl (iki uşaq anası) və Həmidə (beş uşaq anası) xəstəxanaya aparılıb. Lakin onların həyatını xilas etmək mümkün olmayıb – ikitərəfli sətəlcəm, ağır xəstəlik və ölüm…

Koronavirus testinin müsbət cavabı isə bundan sonra gəlib.

Eyni vaxtda yeddi uşaq valideynsiz qalıb. Həmidənin uşaqlarının atası da yoxdur, o, ötən il xərçəngdən dünyasını dəyişib.

Uşaqların nənə və babaları isə hələ də xəstəxanadadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi