Moskvada koronavirus qurbanlarının sayı
Moskvada koronavirus qurbanlarının sayı
Son bir gündə Rusiyanın paytaxtı Moskvada koronavirusdan 40-a yaxın pasiyent ölüb.
TASS xəbər verir ki, bu barədə Koronavirusla bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.
"Moskvada pnevmaniya diaqnozu təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 39 pasiyent ölü", - qərargahda bildirilib.
Qeyd edilir ki, paytaxtda koronavirus infeksiyasının təsdiq edildiyi ümumilikdə 905 insan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 261 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.