Koronavirus Rusiya ordusunda sürətlə yayılmaqdadır
Koronavirus Rusiya ordusunda sürətlə yayılmaqdadır
Mart ayından aprelin 26-dək rus ordusunun 874 hərbçisinin koronavirusa yoluxduğu aşkar edilib.
Virtualaz.org bildirir ki, bu barədə "RİA Novosti" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, hərbi məktəblərdə 779 kursantda, həmçinin məktəbəqədər təhsil müəssisəsinin 192 müəllim və şagirdində COViD-19 testinin nəticəsi müsbət çıxıb.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələrində işləyən 245 mülki şəxs də xəstəliyə yoluxub.
Bundan əvvəl, Tver Suvorov məktəbinin 8 şagirdinin koronavirusa yoluxduğu məlum olub. Hərbi kafedradan qeyd edilib ki, yoluxanlar təcrid olunur və daimi tibbi nəzarətdədir. Onların vəziyyəti normal, simptomatik təzahürlər olmadan qiymətləndirilir.
Son məlumatlara görə, Rusiyada gündə altı mindən çox koronavirus infeksiyası aşkar edilib, ümumilikdə 80 mindən çoxdur.
Virtualaz.org