Əfqan Bəhluloğlu:"İşığa və qaza Tətbiq olunan limit bazar iqtisadiyyatının prinsiplərinə ziddir"
Əfqan Bəhluloğlu:"İşığa və qaza Tətbiq olunan limit bazar iqtisadiyyatının prinsiplərinə ziddir"
Təbii qaz və elektirik enerjisinin qiyməti necə tənzimlənməlidir?
Araşdırmaçı jurnalist Əfqan Bəhluloğlu özünün Facebook səhifəsində Təbii qazla elektirik enerjisinin qiyməti necə tənzimlənməlidir məsələsinə aydınlıq gətirməyə çalışıb.O yazır:" Son günlər cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də Tarif Şurası tərəfindən elektrik və təbii qaza müəyyən limitlərin tətbiqi ilə bağlıdır. İlk növbədə bildirirəm ki, 1700 kubmetr təbii-qaz 10 qəpik tariflə, 1700 kubmetrdən çox olan hissəsinin hər kubmetri isə 20 qəpik tariflə hesablanır. Eləcədə elektrik enerjisində limit 300 kilovat-saatdır ki, bu həcmdə istifadə edən vətəndaş 7 qəpik, göstərilən limitdən artıq istifadə edərsə 11 qəpik ödəyirlər. Bildirmək istəyirəm ki, hər iki enerjiyə tətbiq olunan limit məsələsinin elmi əsası olmadığı kimi, bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Bunu sadə bir misalla izah edək. Təsəvvür edin ki, vətəndaş bir mal alır 7qəpiyə 5 mal aldıqda isə satıcı deyir ki, beş mal aldığın üçün qalan 4 malın pulunu 11 qəpikdən ödəmlisən. Belə hal doğurdan da sual doğurur. Satıcı daha çox mal satmaqda maraqlı olmalı və daha çox mal və ya məhsul satdığı üçün çox alan müştəriyə güzəşt etməlidir. Bununla bağlı enerjidə deferensasiya tətbiq edən bütün ölkələrdə Azərbaycanda enerji ilə fəaliyyətin əksinədir. Daha dəqiq desək, inkişaf etmiş ölkələrdə 1700 kubmetr təbii-qaz 10 qəpik tariflə, 300 kilovat-saat elektirik enerjisi 7 qəpikdən satıldığı halda nəzərdə tutulan limitdən artıq hər kubmetr təbii-qaz üçün 6 qəpik və limitdən artıq hər kilovat-saat elektirik enerjisi 5 qəpik ödənilir. Azərbaycanda tətbiq edilən bu deferensallaşmanı isə israfçılıqla əlaqələndirəmnin elmi əsası yoxdur və doğru deyildir."