azia.az
azia.az

Tarif Şurasından qaz və işıq pulu ilə bağlı açıqlama

24-12-2016, 14:28

Tarif Şurasından qaz və işıq pulu ilə bağlı açıqlama
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Tarif (qiymət) Şurası elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq edilən güzəştli limiti artırıb.

Tarif (qiymət) Şurasının tarif tənzimlənməsi ilə bağlı qəbul etdiyi qərar əsasında elektrik üzrə 72 faiz abonentlərə tarif dəyişikliyi təsir etməyəcəkdisə, artıq bu yeni qərardan sonra həmin abonentlərin sayı 80 faizə, təbii qaz üzrə isə həmin göstərici 62 faizdən 75 faizə yüksəlib. Başqa sözlə, tarif dəyişikliyi elektrik enerjisi üzrə hər 5 abonentdən 4-nə, qaz üzrə isə hər 4 abonentdən 3-nə təsir etməyəcək.

Bu barədə Tarif (qiymət) Şurası katibinin müavini Ceyhun Nəcəfov AZƏRTAC-a bildirib.

Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixlində keçirilən iclasında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilib. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə 1 kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılıb.

Dekabrın 22-də dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Elektrik enerjisinə görə yeni tarif qiymətləri dekabrın 1-dən, mavi yanacaq üzrə isə yanvarın 1-dən tətbiq ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi