"Azər Türk Bank"ın gözü müştərinin cibindədir - GİLEY
"Deməli, 9 aprel saat 18:42də "PASHA Bank" kartı ilə "Azer Turk Bank"-ın bankomatından pul çıxartmaq istədim. 50 manat. Başım qarışdı telefona, pul qaldı Bankomatın içində. Ekranda əskinslar bankomatda qaldı yazıldı. Təkrar bir də 50 çıxartdım, onu götürdüm, amma birinci 50 bankomatda qaldı. Zəng etdim hər iki banka, birinci "Azər Türk Bank"a yığdım, dedilər ki, öz bankınızı yığın, onlar bizə sorğu göndərsin, biz inkasasiyadan sonra sizə pulu göndərəcəyik 15 günə". BACu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Kərim Abi adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş yazır: "Elə də etdim. Pasha Bankla danışdım, onlar sorğu göndərdi. Aprelin 28u cavab gəldiki burda pul qalmayıb. Halbuki gözümün qabağında bankomat bağlandı və yazıldı ki, əskinaslar aparatda qaldı. Xətaidəki bankomatın kamerası varsa ona da düşüb o görüntü. Məsələ 50 manatda deyil, lakin birdən olmayaydı 50 manat, olaydı daha böyük pul? Və ya kimsə bilmədən son pulunu unutsa o belə it bat olmalıdı? Pul oğurlansa bir söz demərəm e, amma fakt bu aparatın içində qaldı da, necə yoxa çıxa bilər. Əlqərəz çalışın Azərtürk bankomatında pulunuz qalmasın, qaytarmırlar".
İddia oluAAnanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage