"Turan Bank" müştəriyə NECƏ DO GƏLDİ... - "Sizdə də varsa, istifadə etməyin..."
"İndi sizə "Turan bank"ın hoqqasından danışım. Təxminən 1 ay öncə Brilyant Rasulova xanımın araçılığı ilə "Turan bank"dan "hədiyyə" qazandım. Şərtləri oxuyarkən gördüm ki, pulu kartda saxladıqda hər gün illik 4 faizlə üstünə məbləğ əlavə olunur. Düşündüm ki, "NZ" olanda ataram bu karta qalar, nə olar,olar da, qənimətdi". Bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı patylşımında Nəsimi Dərya adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Az öncə bir dostum xaiş elədi ki, "Bir miqdar pulum var, qalsın səndə 2-3 ay sonra götürərəm, məndə qalanda xərcləyəcəm". Mən də təklif elədim ki, "Gəl bu karta at pulu, kart da qalsın səndə, 2-3 ay sonra pulunu çıxardıb, kartı verərsən."
Əlqərəz adam 548 manat karta pul göndərdi, girib baxıram ki, 545 manatdı. Bildirimlərdə daxil olan məbləğ 548 , kartdakı məbləğ isə 545.26 .
Zəng eləmişəm "Turan bank"a , deyirəm "Niyə məbləğ azalıb? Deyir "Komissiyadı". Deyirəm "sizdən harasa göndərilsə, anlamaq olar, amma pul hələ ki, sizin karta yatırılıb ,nə komissiyasıdı."? Deyir "Bankın daxili qanunudu." Deyirəm "Yaxşı, o pulu başqa karta göndərəndə necə olacaq bəs" ? Deyir "Onda da 2.74 komissiya tutacaq."
Başqa bir neçə bankın kartını da işlətmişəm, belə şey yoxdu, ancaq kiməsə göndərirsənsə, onda komissiya tutulur.
Nə isə , kartda olanı indi hamısını çıxarıb ,kartı da qırıb tullayıram. Arada zərə mənə dəydi.
Sizdə də varsa, istifadə etməyin. Yoxsa "Turan bank" pulsuz adı ilə verdiyi kartın pulunu qat-qat çıxardacaq".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage