"Azər-Türk" Bank müştəridən OĞURLAYIR - "Bu bankdan istifadə etməyin..."
"Şikayətim "Azer Turk Bank"dandır. Artıq 2-ci dəfədir ödəniş zamanı komissiya yoxdur yazsalar da sonradan balansı mənfiyə salırlar". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Hüseyn Süleyman adlı istifadəçi yazır.
Daha sonra narazı vətəndaş qeyd edir: "Və deyirlər ki, mənfiyə düşən balans mütləq ödənməlidir. Bu bankdan istifadə etməyin, "Kapital Bank"dan sonra ikinci bankdır ki, qəti önərmirəm.
Düşünün, etdiyiniz hansısa ödənişdə sizə komissiyasız olduğu bildirilir və daha sonra sinsicə balansdan pul silirlər və bunu ödəniş tarixçəsində heç bir halda göstərmirlər. Bu bildiyiniz müştəridən oğurluqdur, xəbərsiz, xəbərdarlıqsız hesabdan pul oğurlayırlar...!"
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Mənbə:My Webpage