azia.az
azia.az

"TAM KART" müştəriyə problem yaradır - "Ən yaxşısı, heç "TamKartdan istifadə etməyin..."

13-04-2022, 10:14

"TAM KART" müştəriyə problem yaradır - "Ən yaxşısı, heç "TamKartdan istifadə etməyin..."
"Bu postum həm şikayət daha əsası hamını "TamKart"ın problemli borc silməsi ilə bağlı xəbərdar etməkdir. Əgər "TamKart"dan istifadə edirsinizsə, böyük ehtimalla fərqində olmadan gecikdirmisiniz, faiz məbləği hesablanıb və ən pisi kredit tarixçəniz pisləşib". Bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Məhəmməd İsgəndərli adlı istifadəçi qeyd edir.

"TAM KART" müştəriyə problem yaradır - "Ən yaxşısı, heç "TamKartdan istifadə etməyin..."
Daha sonra narazı vətəndaş yazır: "Müştəri bütün borc məbləğini ödədikdən sonra belə nəinki borc silinir hətta ödədiyi halda gecikdirmiş hesab olunur. Necə? Hesab edək ki, müştərinin borcu bağlamaq üçün etdiyi mədaxil qeyri iş günlərinə (məsələn, 08.01.2022) təsadüf edir. Və müştəri növbəti iş gününə qədər (məsələn, 09.01.2022-da) kartla ödəniş (məsələn, 10 AZN) edir. İlk iş günündə mədaxildən sonra edilən ödənişlərin borcu bağlanır (10 AZN) və əvvəlki borclar buna görə tam (məs, 10 AZN məbləğində) bağlanmır. Nəticədə müştəri həm borcu gecikdirmiş hesab olunur, həm faiz məbləği hesablanır və ən pisi də kredit tarixçəsi pisləşir.
Əgər qeyri iş günlərində ödəniş edirsinizsə (məsələn, 08.01.2022-də) hələ edilməmiş gələcəkdə ediləcək (məsələn, 09.01.2022-də) ödənişlərin (məsələn, 10 AZN) yerini ABB əvvəldən rezerv edir.
Bu problemin həlli üçün ya mədaxil edəndən sonra qeyri iş günlərində ödəniş etməyin ya da ən yaxşısı heç "TamKart"dan istifadə etməyin..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi