FES-in siqnalı neft qiymətlərini ucuzlaşdırıb
ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətini sərtləşdirəcəyinə dair siqnalından sonra ABŞ dolları bahalaşmağa başlayıb. Bu da neft qiymətlərinin ucuzlaşmasına səbəb olub.
"Margin.az" xəbər verir ki, "Brent" markalı neftin aprel müqaviləsində bir barelin qiyməti 57 sent və ya 0,9% ucuzlaşaraq 89,18 ABŞ dolları olub.
FES faiz dərəcəsini sabit saxladı
“OPEC+” neft hasilatının artırılması planına sadiq qalacaq
WTI markalı neftin mart müqaviləsində bir barelin dəyəri isə 83 sent və ya 0,9% azalaraq 86,52 ABŞ dolları təşkil edib.