Neft sürətlə bahalaşır - 41 dolları keçdi
Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə edilir. Lent.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün Brent markalı neftin bir barelinin dəyəri 41,24 dollaradək artıb. Halbuki, bu gün keçirilən ilk hərraclarda Brent neftinin qiyməti 40 dollardan aşağı idi.
Bahalaşma ABŞ-ın dünya bazarına çıxardığı Qərbi Texas neftində də müşahidə edilir. WTI nefti hazırda 38,81 dollara satılır.