“Brent” neftinin qiyməti 86 dolları ötdü
Dünya birjalarında neft qiymətləri artıb. “Azia.az” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 1,59 dollar və ya 1,88% artaraq 86,06 dollar olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 1,70 dollar və ya 2,07% artaraq 83,82 dollar təşkil edib.
Könül