azia.az
azia.az

Dollar ən güclü valyuta oldu

30-12-2021, 18:02

Dollar ən güclü valyuta oldu
Dollar bu il qlobal miqyasda möhkəmlənib. Belə ki, dollar indeksi il ərzində 7,2% artıb.

"Margin.az" xəbər verir ki, inflyasiyanın artmasından sonra dolların bahalaşmasının əsas amili Federal Ehtiyatlar Sisteminin (FES) pul siyasəti mövqeyini dəyişməsi olub.

Dollar bu il təkcə Türkiyənin deyil, dünyanın gündəmində də önəmli yer tutub. Dolların əsas valyutalar qarşısında performansını göstərən Dollar İndeksi bu il 7,2% artıb. Dollar bu il avroya nisbətdə 8,6%, funta qarşı isə 1,6% bahalaşıb. Bu dövrdə Dollar/Yen məzənnəsi 11,5% artıb.

Dollara tələb nə qədərdir?
Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları ötüb
Dollar qarşısında ən çox ucuzlaşan valyuta isə türk lirəsi olub. Belə ki, Dollar/TL məzənnəsi bu il 75,3% artıb. Bundan əlavə, dollar Argentina pesosu qarşısında 22,1% dəyər qazanıb. Bu ilin ortasından etibarən dollar qarşısında 3%-dən çox dəyər itirən Rusiya rublu Mərkəzi Bankın ölkədəki faiz artımından sonra itkilərini kompensasiya edib.

Dolların bu il qlobal güclənməsinin ən mühüm amili FES-in mövqeyinin dəyişməsi olub. Çünki FES-dən 2022-ci ilin sonuna qədər faiz artımı gözlənilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi