azia.az
azia.az

Dollar PİK HƏDDƏ QALXDI - Mərkəzi Bankdan açıqlama

18-04-2019, 16:29

Dollar PİK HƏDDƏ QALXDI - Mərkəzi Bankdan açıqlamaİngiltərənin “Financial Times” jurnalının irəli sürdüyü iddia Türkiyədə dolların son 6 ayda pik həddə bahalaşmasına səbəb olub.
Publika.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı aprelin ayının əvvəlində valyuta ehtiyatlarının 28,1 milyard dollar olduğunu açıqlamışdı. Lakin “Financial Times” Türkiyənin valyuta ehtiyatının 16 milyard dollar olduğunu, Mərkəzi Bankın rezervlərini gücləndirmək üçün milyardlarla dollar borc aldığını iddia edib. Bu xəbərdən sonra Türkiyədə dollar son 6 ayda ən pik həddə - 1 dollar – 5,85 lirə - bahalaşıb.
Türkiyə Mərkəzi Bankı isə bu iddianı təkzib edib və hazırda qızıl ehtiyatları da daxil olmaqla rezervlərinin 97-98 milyard dollar olduğunu açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da bu iddiaları sərt tənqid edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi