Xəbər verdiyimiz kimi ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) növbəti dəfə dolların uçot dərəcəsini artırıb. İki günlük iclasın nəticəsi olaraq bu gün baza faiz dərəcəsini 0,25 faiz bəndi, 0,75-1 faizdən 1-1,25 faizə qədər artırılıb.
İqtisadçı-ekspert Natiq Cəfərli FES-in faiz artımına münasibət bildirəkən deyib ki, bu dolların bahalaşacağının anonsudur:
“FED faiz artırdı, bu il daha bir dəfə faiz artımı olacağının siqnalını verdi. Dollar dünyada bahalaşmağa başlayacaq, neft isə elə bu gün 3,5 faiz ucuzlaşdı. Manatın başı dərddədir, milli valyuta ilə bağlı daha ciddi hadisələr payızda olacaq.
Azərbaycanda da rəsmi rəqəmlər açıqlanıb və bu rəqəmlərə görə sənaye istehsalı, neft hasilatı kəskin azalıb, ÜDM düşüb, iqtisadiyyat depressiyadadır, bank-maliyyə sistemi can verir”.
cebhe.info