azia.az
azia.az

Elman Rüstəmov: “Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”

28-01-2017, 17:52

Elman Rüstəmov: “Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov tam üzən məzənnəyə keçiddən sonra 1 dolların 2 manat 50 qəpik ola biləcəyinə dair yayılan məlumatlara münasibət bildirib.



Elman Rüstəmov deyib ki, bu gün dolların manata nisbəti üzən məzənnə ilə müəyyən edilir: "Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”.



E.Rüstəmov həmçinin bildirib ki, bu gün dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb. (unikal.org)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi