azia.az
azia.az

Mədət Quliyev Bakı trekində veloyürüşdə - Foto

28-04-2019, 16:04

Mədət Quliyev Bakı trekində veloyürüşdə - Foto
Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi veloyürüş təşkil edilib. Bu barədəTeleqraf.com-a DTX-nin ictimai əlaqələr şöbəsindən məlumat verilib. Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı şəhər trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, velosiped idmanı üzrə dəfələrlə respublika çempionu Vüqar Salahov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki velosiped idman klubunun üzvləri iştirak ediblər.
Mədət Quliyev Bakı trekində veloyürüşdə - Foto
Mədət Quliyev Bakı trekində veloyürüşdə - Foto


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi