Qran-Pri qalibi: Bakı trası "Formula 1" üçün əla uyğun gəldi
Bakı Qran-Prisi möhtəşəm keçdi, tras çox maraqlı idi. Trend-in məlumatına görə, bunu mətbuat konfransında "Formula 1" Avropa Qran-prisinin qalibi "Mercedes" komandasının qalibi Niko Rosberq deyib.
Pilot əlavə edib: “Biz insidentlərdən yayınmaq üçün trası çox yaxşı sınaqdan keçirmişdik”.
Yarışda İkinci olmuş Sebastyan Fettel (Ferrari) isə bildirib ki, ikinci yer nail ola biləcəkləri optimal nəticədir: “Nəticədən razı ola bilərik”.
Bakıda "Formula 1"in üçüncüsü olmuş Serxio Peres (Force India) isə qeyd edib ki, N.Rosberqə qalib gələ bilməzdi, çünki o çox güclü idi.