azia.az
azia.az

Edin Ceko hakimin üzünə tüpürdü - FOTO

31-01-2019, 09:53

Edin Ceko hakimin üzünə tüpürdü - FOTO
İtaliya kubokunun 1/4 finalı çərçivəsində keçirilən “Fiorentina” - “Roma” oyununda xoşagəlməz hadisə yaşanıb.

Azia.Az xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində “Roma”nın hücumçusu Edin Ceko oyunun baş hakimi Canluka Manqanyellonun üzünə tüpürüb.

Buna səbəb hakimin Cekonun rəqib oyunçuya qarşı hərəkətini qayda pozuntusu kimi qiymətləndirməsi olub. Ceko hakimin qərarına etiraz olaraq, bu addımı atıb.

Qarşılaşmanın baş hakimi hücumçunun bu hərəkətindən sonra ona birbaşa qırmızı vərəqə göstərərək, meydandan qovub.

Əgər Cekonun bu hərəkəti qarşılaşmanın nəticə hesabatında yer alsa, onu diskvalifikasiya gözləyir.

Xatırladaq ki, qarşılaşma “Fiorentina”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi