Prezident hakimin iş yerini dəyişdirdi
Tərtər Hərbi Məhkəməsinin hakiminin iş yeri dəyişdirilib.
Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınaraq, Elbəy Hidayət oğlu Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib.