azia.az
azia.az

Millimizin iki idmançısı Avropa çempionatının 1/4 finalında

Bu gün, 07:31

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.

Xəbər verilir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Amin Məmmədzadə (55 kq) 1/8 finalda Jirayr Sarkisyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş boksçumuzun 3:0 (29:27, 30:26, 28:28, 30:26, 28:28) hesablı qələbəsi ilə başa çatıb.

O, növbəti görüşündə Billal Bennama (Fransa) ilə qarşılaşacaq. Döyüş sentyabrın 22-də olacaq.

Nəbi İsgəndərov (70 kq) çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı Fabian Tomkiçə (Xorvatiya) ikinci raundda tam üstünlüklə qalib gəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi