Fransa ilə matç öncəsi yığmamızda itki - daha bir "Qarabağ"lı oynaya bilməyəcək
Azərbaycan yığması sabah Fransa milli komandası ilə üz-üzə gələcək.
Offsideplus.az xəbər verir ki, görüş öncəsi yığmamızda daha bir itki yaranıb.
Toral Bayramov bu oyunda iştirak edə bilməyəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
O, İslandiya ilə matçda zədələnib.
Qeyd edək ki, Azərbaycan - Fransa oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.