Azia.az xəbər verir ki,Tofiq Bəhramov adına Respublika Stadionun daxilində xeyli sayda zibil qutusu olsa da nədənsə o qutuları boşaltmaq heç işçilərinin yadına düşmür.
Futbol azərkeşlərin göndərdiyi fotolardan aydın görünür ki, idmançıların "kross" qaçdığı yerə yaxın bir ərazidə, stadionun daxilindəki bu antisanitar vəziyyət hökm sürür. Belə ki, zibil qutuları aşıb-daşdığı üçün zibillər artıq yerə atılır. Rəhbərlik isə bunu görməzdən gəlir.
Xatırladaq ki, T. Bəhramov adına stadion Gənclər İdman Nazirliyinin ixtiyarındadır.