azia.az
azia.az

Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI - "Mərc oyunları"nda "bəxti gətirən" Teymurov / FOTO

Bu gün, 09:49

Ölkə idman mediasında son aylarda “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə departament rəhbəri Seymur Teymurovun adı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə bağlı xəbərlərdə tez-tez hallanmağa başlayıb.

Görüşdə adı yox, amma fotoda var idi

Xatırlatmalarla başlayaq: 8 may 2025-ci il tarixində AFFA ilə Azərbaycan İdman Akademiyası (AİA) arasında əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib. Görüş barədə AFFA-nın rəsmi saytında məlumat dərc olunsa da, diqqətçəkən məqam ondan ibarət idi ki, fotolarda “Azərlotereya”nın mətbuat və KSM rəhbəri Seymur Teymurov da yer almışdı – amma onun adı press-relizdə qeyd olunmamışdı.

Bundan da maraqlısı, qısa müddət sonra həmin fotolar AFFA saytından çıxarılıb, Seymur Teymurov isə görüntülərdən “kəsilib”. Məsələni gündəmə gətirən sportliqa.az yazır ki, fotolardakı bu dəyişiklik səbəbi açıqlanmayıb və AFFA-nın mətbuat xidməti mediaya cavab verməyib.

Teymurov: “Üçtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub”

Sportliqa.az məsələ ilə bağlı Seymur Teymurovun özünə də müraciət edib. Teymurov görüşdə iştirakını təsdiqləyib:

“Qeyd olunan görüşdə iştirak etmişəm və görüş mediada geniş işıqlandırılıb. Görüşdə AFFA, ASA və “Azərlotereya” ASC arasında üçtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub”.

O, fotoların AFFA saytından çıxarılması ilə bağlı suallara isə belə cavab verib:

“Mətbuatda ad və fotom qeyd olunub, göstərilib. AFFA-nın saytında olmamasının səbəbini isə qurumdan soruşsanız, daha yaxşı olar”.

AFFA ilə bağlı növbəti addım – mətbuat xidməti rəhbərliyi

Maraqlıdır ki, cəmi iki ay sonra – 14 iyul 2025-ci il tarixində mia.az saytı Seymur Teymurovun AFFA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin ediləcəyi barədə məlumat yayıb. Rəsmi təsdiq olmasa da, bu məlumat Teymurovun AFFA ilə əlaqələrinin formallaşması ehtimalını daha da gücləndirib.

Keçmişi və həyat tərzi

Seymur Teymurov vaxtilə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus şirkətdə çalışıb. 

A.Məmmədovun ofisinin işçisi olmuş  S.Teymurov indi lüks həyatı ilə bağlı güzəştə getmir.

Gəlin başlayaq...  Fransanın paytaxtı Parisdə yerləşən Louvre Muzeyi (Musée du Louvre) önündə əlində qırmızı şərab olan fotosuna S.Teymurov həmin fotoya “In vino veritas” (“Şərabda həqiqət var”) sözlərini qeyd edib.

S.Teymurovun  turistik həyat tərzi bununla bitmir -  Fransa Eyfel qülləsi, İslandiyanın paytaxtı və ən böyük şəhəri - İslandiyanın paytaxtı və Reykjavik... 

 Gullfoss (“Qızıl şəlalə”) — İslandiyanın ən məşhur və təbii möcüzələrindən biridir.

Dubay Səhrası , Kolosseum (İtaliyanın paytaxtı Romada yerləşən məşhur qədim amfiteatr)

Polermo, Barselona, Kronvalda Parks(Latviyanın paytaxtı Riqada), Yunanıstanın paytaxtı və ən böyük şəhəri Atina,,  Macarıstanın (Hungary) paytaxtı və ən böyük şəhəri Budapeşt şəhəri və.sairə...

 Bahalı səfərlər şəxsi büdcə ilə, yoxsa vəsait hesabına?

 Maraqlıdır ki, Dünyada maddi baxımdan bahalı sayılan şəhər və ərazilər arasında Paris (Fransa), Dubay (Birləşmiş Ərəb Əmirlikləri), Reykjavik (İslandiya), Roma (İtaliya) və Barselona (İspaniya) xüsusilə seçilirlər. Maraqlıdır ki, həmin ərzilərə səyahət dostu baş katibi Cahangir Fərəcullayevin vasitəsi ilə AFFA-nın nhesablarına reallaşıb? ya şəxsi büdcəsi ilə?

Xatırladaq ki, hələ 2019-cu ildə "Azərlotereya"nın hesabat dövründə “Azərlotereya”nın İH-nin sədr müavini Elçin İbrahimov 32 100 manat, yəni ayda 2 675 manat (sədrə ödənilən maaşın 85%-i qədər), İH-nin üzvü və maliyyə şöbəsinin rəisi Hidayət Yarıyev isə 26 700 manat, yəni ayda 2 225 manat (sədrə ödənilən maaşın 70%-i qədər) əmək haqqı alıb.

Qarşı tərəflərin mövqeyini işıqlandırmağa və balanslı şəkildə təqdim etməyə hazırıq.

 


















OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi