azia.az
azia.az

Prezident kafedə vuruldu

Bu gün, 16:34

Türkiyənin İstanbul şəhərinin Çekmeköy rayonunda Alemdağ İdman Klubunun prezidenti Tuncay Meriç kafedə matçla bağlı xəbərləri izləyərkən silahlı hücuma məruz qalıb.

Azia.az  oxu.az-a istinadla xəbər verir ki, bu barədə İHA yazıb.


İddiaya görə, 49 yaşlı Tuncay Meriç kafedə oturduğu zaman borc mübahisəsi zəminində bir şəxs tərəfindən başından güllələnib.

Hücum edən şəxs hadisə yerindən qaçıb, Meriç isə təcili yardımla xəstəxanaya çatdırılıb. Lakin bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis şübhəlinin saxlanılması istiqamətində tədbirləri davam etdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi