azia.az
azia.az

Polisin silahı ilə başından güllələnmiş qadının son mesajı ÜZƏ ÇIXDI-DƏHŞƏT

26-05-2023, 08:08

Bir neçə ay öncə Manisada polislərin qaldığı binada güllələnən  gözəllik salonu sahibi 26 yaşlə Yeşim Akbaşın son mesajı üzə çıxıb.

 Türkiyə KİV-nə istinadən bildrilir ki,  Akbaşın telefonunda intihar iddiası ilə ziddiyyət təşkil edən mesaj tapılıb.

Məlum olub ki, Akbaş ölümündən təxminən 40 dəqiqə əvvəl göndərdiyi son mesajda müəssisəsindəki lazer epilyasiya aparatının mütəxəssisinə  “Sizi gözləyirəm Gürkan bəy” yazması müəyyən edilib.  

Hadisə ilə bağlı məlumatda qeyd edilib ki, bu il aprelin 14-ü saat 08:00 radələrində Manisada polislərin qaldığı binada silah səsləri eşidilib. Rəis müavini D.Y.-nin qaldığı otağa daxil olan polis əməkdaşları qadını  başından güllələmiş vəziyyətdə tapıb. Hadisə yerinə gələn təcili yardımla xəstəxanaya çatdırılan Yeşim Akbaş bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
 Saxlanılan rəis müavini D.Y., məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldı.
Yeşim Akbaşın vurulduğu silahın rəis müavini D.Y.-yə aid olduğu müəyyən edilib.

O isə ifadəsində Y.Akbaşın intihar etdiyini bildiribmiş.

Respublika Prokurorluğu hadisədən 4 gün sonra rəis müavini D.Y.-nin azadlığa buraxılmasına etiraz edib. Ağır Cəza Məhkəməsi etirazı qiymətləndirən D.Y.-nin həbsinə qərar verib. Aprelin 19-da İzmirin Bayraklı rayonunda yenidən saxlanılan D.Y., köçürüldüyü ədliyyədə həbs edilib.

İstintaq zamanı o, D.Y.-nin dəfələrlə boşandığı keçmiş həyat yoldaşı Meryem Emiri (28) döydüyü, onu təhqir etdiyi, hətta başına iki dəfə silah dayadığı da məlum olub.

Ayxan

  • Polislərin binasında rəis müavinin silahı ilə başından güllələnmiş qadının son mesajıÜZƏ ÇIXDI

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi