azia.az
azia.az

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında növbəti qələbəsini qazanıb

21-06-2025, 00:20

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasında növbəti matçını keçirib.

Xəbər verilir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Farer adaları ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:1 (17:25, 25:15, 25:22, 25:23)

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan yığmasını isə 3:0 hesabı ilə üstələyib. Komanda növbəti matçını sabah Avstriyaya qarşı keçirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi