azia.az
azia.az

Güləşçilərimiz 8 medal qazandı

Bu gün, 08:23

Azərbaycan güləşçiləri Belarusun paytaxtı Minskdə keçirilən sərbəst güləş üzrə Aleksandr Medvedin xatirə turnirində 8 medal qazanıb.

Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, komanda ənənəvi yarışda baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi