azia.az
azia.az

“Qarabağ”ın mətbuat katibi: Potensial rəqiblər arasında cavab matçını yerində izləmək ehtimalı var

10-07-2024, 18:35

Potensial rəqiblər arasında cavab matçını yerində izləmək ehtimalı var.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Linkoln” (Cəbəllütariq) və “Hamrun” (Malta) komandaları arasında cavab matçına nümayəndə göndərib-göndərməyəcəkləri barədə danışarkən deyib.

Klub rəsmisi Ağdam təmsilçisinin Çempionlar Iiqasının II təsnifat mərhələsində qarşılaşacağı potensial rəqiblərin oyununu nəzarət altında saxladıqlarını bildirib:

“Bu, təbii prosesdir. Oyunlar texniki heyətimizin nəzarətindədir, izləyirlər, təhlil edirlər. Potensial rəqiblər arasında cavab matçını yerində izləmək ehtimalı var. Bu, işin bir parçasıdır, mümkündür”.

“Linkoln” və “Hamrun” komandaları arasında cavab matçı iyulun 16-da, saat 20:00-da Cəbəllütariqdə keçiriləcək. Maltda baş tutan ilk görüş "Linkoln" klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda reallaşacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi