azia.az
azia.az

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

18-05-2024, 08:32

Azərbaycanın 5 idmançısı Yunanıstanın Lutraki şəhərində yunan-Roma güləşi U-15 Avropa çempionatının finalında mübarizə aparacaq.

“Report” xəbər verir ki, 41 kq-da iki güləşçimiz finala yüksəlib.

Daha bir neçə güləşçimiz bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, qız güləşçilərimiz ötən gün medal qazana bilməyib. Məryəm Hacıyeva (36 kq), Nəzrin Əhmədli (42 kq) və Fatimə Bayramova (54 kq) bürünc medal uğrunda qarşılaşmalarda məğlub olaraq 5-ci yerlə kifayətləniblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi