azia.az
azia.az

BAŞ MƏŞQÇİNİN TƏSİRLİ VİDEOsu

23-02-2024, 09:23

“Ürəyimdə çox şey var.

Bu insanların sevincinə çox sevinirəm, hər birinə təşəkkür edirəm.

Bu gün futbolçular böyük xarakter göstərdilər. Hiss edirdim ki, bu gün meydanda döyüşməliyik”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Braqa”ya qalib gəldikləri oyundan sonra deyib.

«CBC Sport»un əməkdaşı Aidə Əliyevanın suallarını cavablandırarkən, onun gözləri dolub. Müsahibə zamanı bir neçə saniyəlik pauza yaranıb.

Çalışdırıcı özünü ələ alandan sonra sözlərinə davam edib.

“Başda cənab Prezident olmaqla qalib xalqıma təşəkkür edirəm. Futbolçularıma sonsuz təşəkkür edirəm ki, bu gün əsl azərbaycanlı kimi döyüşdülər” - Qurbanov əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi