“Neftçi” rəhbərliyindən İSTEFA XƏBƏRİ gəldi - SON DƏQİQƏ
Neftçi” rəhbərliyində növbəti ayrılıq rəsmiləşib.
Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev vəzifəsini tərk edib.
2018-ci ildən paytaxt klubunda çalışan təcrübəli funksioner öz istəyi ilə iş yerindən gedib. Onun bundan sonra başqa sahədə fəaliyyət göstərəcəyi bildirilir.
Allahverdiyev uzun illər futbol sektorunda çalışıb. 2011-2015-ci illər aralığında “Simurq“un mətbuat katibi olub.
Üç il sonra “Neftçi“yə gəlib və bu ilin sentyabrınadək Media-Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi işləyib. Tanınmış və bacarıqlı kadr klubda aparılan struktur islahatları ilə əlaqədar 3 ay öncə vəzifəsini dəyişib.
SPORTİNFO.AZ