azia.az
azia.az

“Çelsi” Premyer Liqa tarixində rekord transferə imza atdı

15-08-2023, 08:29

“Çelsi” rəsmi saytında “Brayton”un yarımmüdafiəçisi Moises Kaysedonu transfer etdiyini açıqlayıb. Futbolçu ilə 8 illik müqavilə imzalanıb.

Transferin məbləği 133,5 milyon avro təşkil edib ki, bu da İngiltərə futbolu üçün rekorddur.

Xatırladaq ki, “Çelsi”dən əvvəl Kaysedonun “Liverpul”a keçməyə yaxın olduğu bildirilirdi.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının (APL) son mövsümündə Kaysedo 37 oyun keçirib və 1 qol vurub. Yarımmüdafiəçi 2022-ci ildə Ekvador millisinin tərkibində dünya çempionatında iştirak edib. Onun komandası qrupdan çıxa bilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi